Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib - FOTO


Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti dəfə şəhər sakinlərini qəbul edib.

APA xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri, şikayətləri və təklifləri dinlənilib.

Qəbula gələn sakinlər əsasən, torpaq və mülkiyyət məsələləri, eləcə də sosial problemlərlə bağlı müraciətlər səsləndiriblər.

Bələdiyyə sədri hər bir müraciətə diqqətlə yanaşaraq, aidiyyəti şöbələrə tapşırıqlar verib. Bildirib ki, vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq işlər görüləcək və proses nəzarətdə saxlanılacaq.

Sumqayıt Bələdiyyəsi rəhbərliyi tərəfindən bu cür qəbulların mütəmadi olaraq keçirilməsi, şəhər sakinləri ilə birbaşa ünsiyyətin təmin olunması və problemlərin operativ həlli məqsədi daşıyır.

Oxşar xəbərlər

Sumqayıt bələdiyyəsinin sədri vətəndaşları qəbul edib
Zakir Fərəcov vətəndaşları qəbul edib
Sumqayıtda vətəndaşların müraciətləri yerində dinlənilib
Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirib - FOTO
Sumqayıtın icra başçısı səyyar qəbul keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle