Sumqayıtda Beynəlxalq Gənclər Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub
Sumqayıtda Beynəlxalq Gənclər Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub.
APA xəbər verir ki, tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə, eləcə də Danimarka, Rumıniya, Türkiyə, Polşa, İtaliya, İspaniya və Qazaxıstandan gələn tələbə gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Bələdiyyə sədri iştirakçılara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdırıb və Beynəlxalq Gənclər Günü münasibətilə təbriklərini ifadə edib. O, Sumqayıtda həyata keçirilən sosial və infrastruktur layihələri barədə ətraflı məlumat verərək, xüsusilə gənclərin inkişafına yönəlmiş təşəbbüslərin daim dəstəkləndiyini vurğulayıb. Qeyd olunub ki, "Şəhər rəhbərliyi gənclərin potensialının reallaşması üçün hər zaman şərait yaradır və onların təşəbbüslərini dəyərləndirir".
“Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Səadət Təhməzzadə isə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, bu gün ölkəmizdə gənclərə xüsusi önəm verilir.
Xarici könüllülər də öz çıxışlarında Sumqayıtda gördükləri isti münasibətdən və onlara yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər.
Sonda iştirakçılara hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Sumqayıtda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib
Sumqayıtda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Gənclər Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
SHXÇDX Şəkidə gənclər üçün tədbir keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













