Ötən həftə 872 yanğına çıxış olub, 78 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Sizinxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 872 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 78 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən sutka 53 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 7 nəfər xilas edilib
FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 15 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 38 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













