Ombudsman Azərbaycan hərbçilərinin minaya düşməsi ilə bağlı çağırış edib
- 6-08-2025, 17:50
- İqtisadiyyat / Sosial
- 0
- 1 105
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.
Bu barədə APA-ya Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.
"Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir.
Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram", - məlumatda qeyd olunub.


width="220" alt="Ombudsman Kəlbəcərdəki mina partlayışına görə yenidən beynəlxalq təşkilatlara çağırış edib" />
width="220" alt="Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb - YENİLƏNİB" />
width="220" alt="Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb, cinayət işi açılıb - YENİLƏNİB" />
width="220" alt="Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />