Bakının bəzi yerlərində su təzhizatında problem yaranıb, məsələ ilə bağlı rəsmi açıqlama verilib
Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə məlumatlar artıb.
Sizinxeber.az xəbər verir ki, həm sosial şəbəkələrdə, həm də vətəndaşların mediaya müraciətlərində suyun verilməsində uzun fasilələrin yarandığı, bəzi hallarda isə gün ərzində kəsildiyi bildirilir. Şikayətlər, əsasən, bağ massivlərində yaşayanlardan gəlir. Bundan başqa, çoxmərtəbəli binaların yuxarı mərtəbələrində yaşayan sakinlər sutun təzyiqinin aşağı olmasından şikayətlənir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sizinxeber.az-ya verilən açıqlamada bildirilir ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır.
“Mövcud qurğuların və sudaşıyıcı kəmrlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.
Rejimlərin tənzimlənməsi, əsasən, fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.
Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin təlabatına uyğun olaraq, Bakı şəhərinə təlabatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayarq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənmsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.
Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı majistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir”, - deyə açıqlamada vurğulanır.
Oxşar xəbərlər
ADSEA Bakı və ətrafında su təchizatındakı fasilələrin səbəblərini açıqlayıb
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza ilə bağlı Bakıya suyun verilməsində yenidən iki gün fasilə yaranacaq
Ötən ay Bakıda havanın maksimum temperaturu 32 dərəcə olub
Təmir işləri ilə əlaqədar Bakının bir sıra yerlərində suyun verilməsində fasilə yaranacaq
Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












