Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib
Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib
Siyəzənə yeni prokuror təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













