Azərbaycanda bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Zaqatalada 72 mm, Balakəndə 62 mm, Gədəbəydə 54 mm, Qaxda 39 mm, Göygöldə 33 mm, Şəkidə 31 mm, Yardımlı, Xınalıqda 21 mm, Tovuzda 20 mm, Qrızda 19 mm, Gəncədə 18 mm, Lerik, Şəmkirdə 17 mm, Lənkəranda 15 mm, Şahdağda 14 mm, Daşkəsəndə 13 mm, Qusar, Ceyrançöl, Oğuz, Ağstafa, Astara, Naftalan, Mingəçevir, Quba, Qəbələ, Yevlax, Goranboy, Xaçmaz, Göyçay, Tovuz, Tərtər, Bərdədə 11 mm-dək təşkil edib.
Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Şirvanda 16 m/s, Cəlilabadda 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.
Oxşar xəbərlər
Bölgələrə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır – FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












