FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmazda təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “FoodCity Aqrokompleks” ərazisində “Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd anbar tipli obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi və “yaralıların xilas edilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Təlimə ümumilikdə 6 ədəd texnika və 47 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
FHN Bakı Beynəlxalq Avtovağzalında təlim keçirib - FOTO
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
