Dövlət Xidməti: 75 çimərliyə nəzarət həyata keçirilir
"Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət həyata keçirdiyi ümumilikdə 75 çimərlik var".
Sizinxeber.az xəbər verir ki, bunu çimərlik mövsümünə hazırlıqla bağlı Mərdəkanda yerləşən çimərliyə təşkil etdiyi media-turda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
Qeyd olunub ki, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır: "Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir".
Bildirilib ki, bütün təhülksəzilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq və iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
FHN çimərlik mövsümünə hazırlıqla bağlı media-tur təşkil edib - FOTO
Dövlət Xidməti 75 çimərliyə nəzarət edir
Gəmilərin istismarı ilə əlaqədar nəzarət tədbirləri həyata keçirilib
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib
Samuxda süni sututarda 1 nəfər batıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
