Azərbaycanla Ukrayna sosial təminat sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycanla Ukrayna sosial təminat sahəsində əməkdaşlığı müzakirə edib


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ilə görüşüb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazir Azərbaycan və Ukrayna arasında dost münasibətlərinə əsaslanan ikitərəfli əməkdaşlıq əlaqələrini qeyd edib. A.Əliyev ötən dövrdə  əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində də iki ölkənin uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədlərinin önəmi vurğulanıb. Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəyə gətirilərək sosial-psixoloji xidmətlərlə təmin edilmələri üçün görülmüş işlər qeyd edilib.

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində son illər aparılan islahatlar, sosial sahədə elektronlaşdırma proqramının uğurları barədə məlumat verilib.

Y.Qusev ölkələr arasında əlaqələrin daim genişlənməsinin məmnunluq doğurduğunu, sosial islahatlar prosesində davamlı əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib. Görüşdə iki ölkə arasında sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Sloveniya ilə əmək və sosial müdafiə sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Özbəkistanla əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadiləsi aparılıb
Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər