İlin I rübündə Ombudsman Aparatına 2 min 468 müraciət daxil olub
sizinxeber.az xəbər saytı

İlin I rübündə Ombudsman Aparatına 2 min 468 müraciət daxil olub


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin I rübündə uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, qəzalı vəziyyətdə olan ev və mənzillərlə bağlı müraciətlər daxil olub.

"Report" xəbər verir ki, Ombudsman Aparatının məlumatına görə, qaynar xəttə yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2468 zəng daxil olub.

Bildirilib ki, müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir. Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə təqdim olunan digər dövlət qurumları daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müraciətlərin əsas mövzuları ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin müəyyən edilməsi, məşğulluq, əmək mübahisələri, pensiya məsələləri və müavinətlərlə bağlı olub.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi üzrə müraciətlərin əsas mövzuları isə həmin orqan tərəfindən ehtimal olunan qeyri-obyektiv təhqiqat və istintaq araşdırmaları, dövlət yol polisinin fəaliyyəti və digər məsələlər, Ədliyyə Nazirliyi üzrə müraciətlərin əsas mövzuları isə məhkəmə qərarının icra olunmaması, qanunsuz saxlama ehtimalı, başçəkmə, müəssisələrdə görüş hüququ, saxlanma şəraiti, aliment və digər məsələlər olub.

Cari müddətdə, həmçinin əfv məsələləri, qəyyumluq, himayə məsələləri, məhkəmə qərarının verilməməsi, aqrar məsələlər kimi mövzular üzrə də müraciətlər qeydə alınıb.

Oxşar xəbərlər

İqtisadiyyat Nazirliyi I yarımildə Çağrı Mərkəzi ilə 350 minə yaxın müraciət qəbul edib
İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub
Yanvar ayının pensiya ödənişi yekunlaşıb
Energetika Nazirliyi I rübdə 1 400-ə yaxın zəng qəbul edib
ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər