Bahar Muradova Astarada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Bahar Muradova Astarada vətəndaşları qəbul edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 aprel 2025-ci il tarixində Astara rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az"a Komitədən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, işlə təminolunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Oxşar xəbərlər

Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib
Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək
Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər