Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb
sizinxeber.az xəbər saytı

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib.

"Report" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd edilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.

Oxşar xəbərlər

Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin edilib
Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər