Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov özünüməşğulluq proqramı çərçivəsində Quba rayon sakinləri - müharibə veteranı Muradov Mətləb Əskərəli oğlu və Gülməmmədova Sevda İlqar qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Bu barədə "Sizinxeber.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, biznes planlarına uyğun olaraq M.Muradov avtoelektrik xidmətləri, S.Gülməmmədova isə un məmulatları istehsalı üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını qurublar.
Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün faydalanaraq kiçik bizneslərini genişləndirməyə çalışdıqlarını qeyd ediblər. Onlar işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, həmçinin təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Oxşar xəbərlər
Oğuzda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış keçirilib
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
Nazir Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxıb
Şimal zonasında şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlara baxış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












