Naxçıvanda “Snowfest - qış festivalı”na hazırlıq başa çatıb
Naxçıvanda “Snowfest - qış festivalı”na hazırlıq başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, festivalla əlaqədar dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri Naxçıvan şəhərinin Heydər Əliyev prospektinə gəlib, burada təşkil olunacaq “Snowfest - Qış festivalı”na hazırlığın vəziyyəti ilə maraqlanıblar.
Məlumat verilib ki, bu gündən start götürəcək festival 2024-cü il yanvarın 7-dək davam edəcək. Yeni il şəhərciyi ötən illərdən fərqli olaraq yeni dizaynda və rəngarəng dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb. Böyük pavilyonda ölkə ulduzlarının təqdimatında maraqlı konsert proqramı nümayiş olunacaq.
Prospektin ümumi ab-havasına uyğun quraşdırılan 30-a yaxın köşkdə muxtar respublika sakinlərinə və qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək.
Səlahiyyətli nümayəndə təqdim olunan məhsullarla tanış olub. Məlumat verilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif mətbəx nümunələri, şirniyyat və qənnadı məmulatları, fast-fudlar, meyvə şirələri, dəniz məhsuları, çərəzlər, eləcə də müxtəlif əl işləri festival boyunca təqdim olunacaq.
“Heydər Əliyev – 100”, “Naxçıvan Muxtar Respublikası – 100” və Zəfər tariximizi əks etdirən foto və nəşrlərdən ibarət stendlər Naxçıvan Dövlət Universitetinin kollektivi və Gənclər Fondunun könüllüləri tərəfindən festivalda nümayiş etdiriləcək.
Ali təhsil ocağının memarlıq fakültəsi tələbələrinin təqdim etdiyi layihələrə də baxış olub. Sonra 850 universitet tələbəsinin iştirakı ilə 625 mozaika fotodan ibarət Ulu Öndərin portretini canlandıran fləş-mob təqdim edilib.
Tədbirdə iştirak edən gənclər dilək yolkasını səlahiyətli nümayəndəyə və qonaqlara təqdim ediblər. Yolkanın üzərində Ordubad şəhər internat tam orta məktəbində təhsil alan şagirdlərin yeni il arzuları əks olunub. Qeyd edilib ki, şagirdlər tərəfindən ünvanlanan istəklərin hər biri qarşılanacaq.
Fuad Nəcəfli gənclərlə xatirə fotoları çəkdirib, jurnalistlərin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Azərbaycanda yeni nazirlik yaradıldı
“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub
Günay Malikqızı yeni vəzifəyə təyin edildi
Naxçıvanda bu il aktiv vergi ödəyicilərinin sayı 19 % artıb
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












