Ramiz İdrisoğlu: "Təzəpir" məscidi ətrafındakı tarix və mədəniyyət abidələri qorunur
sizinxeber.az xəbər saytı

Ramiz İdrisoğlu: "Təzəpir" məscidi ətrafındakı tarix və mədəniyyət abidələri qorunur


Hazırda "Təzəpir" məscidi ətrafındakı aparılan yenidənqurma işləri çərçivəsində tarix və mədəniyyət (memarlıq) abidələri qorunur.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur:

"Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq".

Oxşar xəbərlər

Ramiz İdrisoğlu: "Təzə Pir" məscidi ətrafındakı daşınmaz tarix və mədəniyyət abidələri qorunur
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Heydər məscidi ölkə əhəmiyyət memarlıq abidələrinin siyahısına daxil edilib
Ordubaddakı "Sərşəhər Məscidi" bərpa ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər