Ramiz İdrisoğlu: "Təzə Pir" məscidi ətrafındakı daşınmaz tarix və mədəniyyət abidələri qorunur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
avq
2025
15:00

Ramiz İdrisoğlu: "Təzə Pir" məscidi ətrafındakı daşınmaz tarix və mədəniyyət abidələri qorunur

07 avq, 2025
15:00
634

Ramiz İdrisoğlu: "Təzə Pir" məscidi ətrafındakı daşınmaz tarix və mədəniyyət abidələri qorunur

Hazırda "Təzə Pir" məscidi ətrafındakı aparılan yenidənqurma işlərində daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələri qorunur.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur:

"Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq".

Bizimlə əlaqə saxlayın