Milli Observatoriya sədrinin müşaviri yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib
Nyu Yorkda BMT-nin Baş Qərargahında "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya"ya Tərəf Dövlətlərin 12-ci iclası olub.
Bu barədə "Sizinxeber.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvlüyünə 2025-ci il dekabrın 31-dən sonra vakant olacaq 7 yer üçün seçkilər keçirilib.
Bir sıra ölkələrin namizədləri arasından Azərbaycan Respublikasının namizədi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə heyəti sədrinin müşaviri Azad Tağı-zadə 57 ölkədən 55-nin səsini qazanaraq ən yüksək nəticə göstərib.
Beləliklə, o, yenidən BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvü seçilib.
Qeyd edilən Komitə 14 müstəqil ekspertdən ibarətdir və Tərəf Dövlətlər tərəfindən "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya"nın icrasına nəzarət edən bir orqandır.
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin miqrantlar üzrə komitəsinə üzv seçilib
Azərbaycanlı diplomat BMT-nin miqrantlar üzrə komitəsinə üzv seçilib
Azərbaycan səfiri BMT-nin miqrantların hüquqları üzrə komitəsinə üzv seçilib
Ölkədə saatlıq əmək haqqı tətbiq ediləcək, maaşlar artacaq
Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












