BP: "Şahdəniz" yatağı bir sıra ölkələrə xidmət edir
sizinxeber.az xəbər saytı

BP: "Şahdəniz" yatağı bir sıra ölkələrə xidmət edir


"Şahdəniz" qaz-kondensat yatağı Azərbaycandan tutmuş Avropanın ürəyinə qədər bir sıra ölkələrə xidmət edir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun maliyyə üzrə vitse-prezidenti Kolin Allan deyib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağı özünü etibarlı qaz təchizatçısı kimi sübut edib, bununla da regional enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib.

Kolin Alan onu da vurğulayıb ki, "Şahdəniz" həqiqətən etibarlı təchizatçıdır: keçən il istehsal güclərinin etibarlılıq səviyyəsi 99%-i ötüb.

"Bu, mühüm göstəricidir. Bununla yanaşı, yataq xidmət göstərilən bazarlarda tədarükün şaxələndirilməsini təmin edir və bəzi hallarda əhəmiyyətli pay alır. Məsələn, İtaliyaya tədarük onun ümumi qaz bazarının təxminən 16%-ni təşkil edir", - Kolin Alan vurğulayıb.

Oxşar xəbərlər

AÇG və "Şahdəniz"dən hasil olunan neft və qazın həcmi açıqlanıb
BP "Qarabağ" yatağında qaz hasilatını nəzərdən keçirəcək
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
"Şahdəniz"də üfiqi qazmanın tətbiqi bir sıra müsbət nəticələr verib
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər