İtaliya şirkəti Azərbaycanda “yaşıl” layihədə iştirak edəcək
İtaliyanın “Technip Energies S.p.A.” şirkəti ilə “Piroliz yağı istehsalı” layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.
“APA-Economics” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf İtaliyanın "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşüblər.
Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, "Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi (“yaşıl”layihə) üzrə Birgə Müəssisənin təsis edilməsi və İştirakçılar haqqında Müqavilə müqavilə imzalanıb.
Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə “AİŞ” 30%, “Technip Energies S.p.A.” 35%, “SOCAR” 35% iştirak paylarına sahibdir.
Oxşar xəbərlər
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Romada “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












