BP: Cəbrayıldakı layihə virtual elektrik stansiyası kimi fəaliyyət göstərəcək
sizinxeber.az xəbər saytı

BP: Cəbrayıldakı layihə virtual elektrik stansiyası kimi fəaliyyət göstərəcək


BP Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyası üçün yekun investisiya qərarı üzərində işləyir.

APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti Qəri Counz deyib.

Regional prezident bu layihənin “Azərenerji” ilə birlikdə həyata keçiriləcəyini və virtual elektrik stansiyası kimi fəaliyyət göstərəcəyini bildirib. Layihə çərçivəsində istehsal edilən elektrik enerjisinin bir hissəsi ölkənin elektrik şəbəkəsinin tənzimlənməsinə dəstək verəcək, digər hissəsi isə BP-nin Səngəçal terminalını dekarbonizasiya etmək üçün istifadə olunacaq. Bununla da terminalın emissiyalarının 50 faiz azaldılması planlaşdırılır. Eyni zamanda, bu prosesdə sərbəst qalan yanacaq qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürüləcək.

“Bu cür holistik yanaşma – yəni həm hasilatı, həm də enerji keçidini nəzərə alan strategiyalar – şirkətin gələcək fəaliyyətinin əsas istiqamətidir və bu modellərin regionda daha geniş tətbiqini planlaşdırırlar” - Qəri Counz əlavə edib.

Oxşar xəbərlər

COP29 Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” memorandum imzalayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində "Şəfəq" GEŞ üzrə yekun investisiya qərarı sənədi imzalanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Cəbrayılda Şəfəq GES-in təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 mln. kVt/s “yaşıl enerji” istehsal edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər