Laçındakı “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları ildə 20 milyon kilovat–saat yaşıl enerji istehsal edəcək - FOTO
Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarına media-tur təşkil olunub.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, “Yaşıl enerji ES” MMC-nin direktoru Ramiz Vəliyev bildirib ki, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. “Aşağı Malıbəyli” 3,1 MVt gücündə, “Mirik” su elektrik stansiyası isə 3,5 MVt gücündədir.
R. Vəliyev, həmçinin qeyd edib ki, stansiyalarda ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib.
Bununla da stansiyaları ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES – lərdə il ərzində 20 milyon kilovat – saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub. Yeni stansiyalarda qurulan müasir avadanlıqlar 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq".
Qeyd olunub ki, bugünədək istismara verilən 32 və istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38 - ə, onların gücü isə 307 MVt – a çatdırılır: "Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır".
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.
Oxşar xəbərlər
Prezident Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdə tikilən SES-lərin gücü 270 MVt-a bərabərdir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 mln. kVt/s “yaşıl enerji” istehsal edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












