sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
SOCAR Sumqayıtda baş vermiş partlayışla bağlı məlumat yayıb
20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.
"Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
“Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən hadisəyə dair məlumat
"SOCAR-Uniper" noyabrda “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq
Sumqayıtda iri sənaye kompleksi modernizasiyadan sonra istifadəyə veriləcək
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var - YENİLƏNİB
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













