Balaxanı neftçisi evə ikiqat dünya çempionu adı ilə qayıdıb
Almaniyanın Leypziq şəhərində ötən həftə keçirilən Beynəlxalq Karate Federasiyasının (IFK) “kyokuşin” karate növü üzrə 7ci Dünya Çempionatında Azərbaycan nümayəndəsi Səlahət Həsənov 80 kq çəki dərəcəsində birinci yeri qazanaraq dünya çempionu adını yenidən təsdiqləyib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, doqquz tatami üzərində keçirilən çempionat yarışlarında 30 ölkədən 1500-ə yaxın peşəkar idmançı iştirak edib.
Səlahət Həsənov karate idman növünün ən sərt və çətin “kyokuşinkay” üslubu üzrə dünya çempionu adını Azərbaycana ilk və hələ ki yeganə qazandıran idmançımızdır. İlk dəfə o, bu ada 2017-ci ildə Qazaxıstanda keçirilmiş dünya çempionatında layiq görülmüşdür. Səlahətin çempion titulları arasında dörd qat Avropa və Qafqaz bölgəsi üzrə çempion titulları da var.
“Balakhani Operating Company LTD”-nin əməkdaşı olan Səlahət Həsənov işlədiyi hasilat sahəsi ilə vurğunu olduğu idman növü arasında oxşarlıqlar gördüyünü bildirib: “İşlə yanaşı yarışlara hazırlaşmaq çətin olsa da, bunların hər ikisi mənim həyatımın bir parçasıdır. Kyokuşini mənə sevdirən də bu idman növünün sərt nizam-intizam tələb etməsi idi”.
Oxşar xəbərlər
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar
FHN-in karate komandasının üzvləri turnirdə yüksək nəticələr əldə ediblər
FHN-in karate komandasının üzvü Avropa Universitet Oyunlarında gümüş medal qazanıb
FHN-in karate komandasının üzvləri çempionatda yüksək nəticələr əldə ediblər
Ülvü Qənizadə: Şükür ki, bu gün burada dünya çempionu kimi durmuşam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













