Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz”dan “Sizinxeber.az-Economica”ə verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
Oxşar xəbərlər
Sumqayıtın və Bakının bəzi ərazilərində qaz kəsiləcək
Sabah Bakının bəzi bölgələrində qazın təchizatında fasilələr yaranacaq
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Sabah bəzi qəsəbələrdə qaz olmayacaq
Sahil qəsəbəsində qaz olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













