Sabah bəzi qəsəbələrdə qaz olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah bəzi qəsəbələrdə qaz olmayacaq


"Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 24.04.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin - Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Sabah Bakının bəzi bölgələrində qazın təchizatında fasilələr yaranacaq
Ceyranbatan qəsəbəsində qaz olmayacaq
Ölkənin bəzi ərazilərində qaz olmayacaq
Sumqayıtın böyük hissəsində qaz olmayacaq
Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər