İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək
Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xətti tikiləcək.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə bu gün Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq arasında keçirilən geniş tərkibli görüşdə bildirilib.
Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və İran arasında ortaq layihələr müzakirə edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran XİN rəhbərləri görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













