Azərbaycanda stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 35,3 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 27,8%, elektrik avadanlıqlarının istehsalı 5,2% artıb.

İki ayda illik müqayisədə stolüstü kompüterlərin istehsalında 3,6 dəfə, məişət soyuducuları və dondurucularının istehsalında 40,0%, ölçmə cihazlarının istehsalında 38,8%, digər elektrik naqillərinin istehsalında 34,8%, elektrik tənzimləyici cihazlarının istehsalında isə 20,4% artım olub.

Oxşar xəbərlər

Azərbaycanda sənaye istehsalı 2 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 5%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər