“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində abonentlərə xidmət göstərəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bayram günləri ilə əlaqədar “Azəriqaz” İB qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt QİS-in Müştəri xidməti şöbəsi 20-31 mart tarixlərində saat 10:00-dan 16:00-kimi fəaliyyət göstərəcək. Xidmət Sabunçu, Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Həmçinin 20-24 və 29-31 mart tarixlərində BRQSD-nın və Sumqayıt QİS-in inzibati binalarında da vətəndaşlara xidmət göstəriləcək.
“ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində isə 20-24 və 29-31 mart tarixləri qeyri-iş günüdür. Mərkəzlərdə 25-28 mart tarixlərində vətəndaşlara xidmət göstəriləcək.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər.
Oxşar xəbərlər
AMB: Bayram günlərində bank və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək
Bayram günlərində bankların iş qrafiki açıqlanıb
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













