Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır
sizinxeber.az xəbər saytı

Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır


BP və SOCAR Böyük Britaniya şirkətinin "Qarabağ" neft yatağının işlənilməsi layihəsinə daxil olmasının şərtlərini müzakirə edir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şahdəniz" layihəsinin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident xatırladıb ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok "Qarabağ" neft yatağıdır, ikincisi isə Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir.

Bəxtiyar Aslanbəyli qeyd olunan müzakirələr üzrə razılığın bu il əldə olunacağını istisna etməyib.

"Şəxsən mən buna ümid edirəm", - vitse-prezident qeyd edib.

Xatırladaq ki, memorandum üzrə birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.

Oxşar xəbərlər

BP: AÇG hasilatın azalmasının qarşısıalınma proqramı bu il hazırlana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
bp və SOCAR Xəzər dənizində iki blok üzrə anlaşma memorandumu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP: AÇG-də operatorluq məsələsi layihədə iştirak payı ilə əlaqəli deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR və BP “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər