“Lukoyl” Bolqarıstanda NEZ-in satışı ilə bağlı danışıqların aparılması xəbərini təkzib edib
- 7-11-2024, 13:50
- İqtisadiyyat / Sənaye və energetika
- 0
- 742
Rusiyanın ən iri neft şirkətlərindən biri olan”Lukoil”in törəməsi “Litasco” Bolqarıstandakı neft emalı zavodunun (NEZ) satışı ilə bağlı Qətər və Böyük Britaniya şirkətləri daxil olduğu konsorsium ilə danışıqlar aparmayıb.
“Sizinxeber.az-Economics”in “TASS”a iatinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Daha əvvəl “Financial Times” öz mənbələrinə istinadən xəbər vermişdi ki, “Lukoil” ilin sonuna qədər Bolqarıstandakı NEZ-ni “Oryx Global” və “DL Hudson” ticarət evindən ibarət konsorsiumuna satmağı planlaşdırır.
“Biz bu nəşrlərdəki fərziyyələrin reallığa uyğun olmadığını vurğulayırıq: yuxarıda adı çəkilən Qətər-Britaniya konsorsiumu, eləcə də Rusiya Federasiyasının hakimiyyət orqanları ilə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”, - məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, “Lukoyl” təsdiq edilmiş daxili strateji məqsədlərə uyğun olaraq fəaliyyətini davam etdirir. Müstəqil məsləhətçilərin cəlb edilməsi və bir sıra nüfuzlu bazar oyunçularının iştirakı ilə Bolqarıstanda biznesinin müxtəlif variantlarının təhlili aparılır.
“Bununla belə, hazırda hər hansı potensial qarşı tərəflə hər hansı konkret sövdələşmə ilə bağlı qərar qəbul edilməyib”, – şirkət bildirib.
Demək olar ki, bir il əvvəl “Lukoil Bolqarıstandakı aktivlərlə bağlı strategiyasını nəzərdən keçirməyə başladığını, o cümlədən qrupun ölkədəki müəssisələrinin iş şəraitindəki əhəmiyyətli dəyişikliklərlə əlaqədar biznesin satılması imkanlarını nəzərdən keçirməyə başladığını elan etdi.
Bununla yanaşı, SOCAR-ın “Lukoil” şirkətinin Bolqarıstandakı aktivlərinin, xüsusilə də NEZ-in alınmasında marağlı olduğu barəsində məlumat da yayılmışdı.
Qeyd etmək lazımdır ki, Bolqarıstanda “Lukoil” NEZ-ə, yanacaqdoldurma məntəqələri və neft bazaları şəbəkəsinə, gəmi və aviasiya bunkerləmə biznesinə malikdir.


width="220" alt="Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />