Azərbaycanda əhalinin qaz istehlakı 7%-ə yaxın artıb
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhali tərəfindən 2 584,8 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çox təbii qaz istehlak edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qaz istehlakının 36,8 faizi Bakı şəhərinin, 3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 11,6 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,3 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,4 faizi Dağlıq Şirvan, 0,1 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Xatırladaq ki, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 613,1 milyon kub metr təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda əhali qaz istehlakını 4%-dən çox azaldıb
2025-ci ilin ilk yarısında Azərbaycanda 50 minə yaxın yeni iş yeri açılıb
Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 36% artıb
Əhalinin sayı açıqlandı
Bu il doğulanların 53 faizi oğlan, 47 faizi qız uşaqları olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













