"AzerGold" QSC tərəfindən daşıma yollarında tozun idarə olunmasına yönəlmiş ekoloji təşəbbüs reallaşdırılıb
"AzerGold" QSC tərəfindən ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının artırılması məqsədilə növbəti ekoloji təşəbbüs reallaşdırılıb.
Cəmiyyət tərəfindən Göygöl rayonunun Zurnabad, Gəncə qəsəbəsi, Daşkəsən rayonunun Quşçu kəndi ətrafında yerləşən torpaq yollara “Dustex” adlı xüsusi toz əleyhinə reagent səpilib. Layihə ilkin olaraq 15 kilometrlik yolu əhatə edib.
“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar, tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması məqsədilə aktiv şəkildə istifadə edilir.
Sözügedən məhlul 100% təbii tərkibli, ağac və ya digər bitki mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.
Bu təşəbbüs kənd əhalisinin sağlamlığına və həyat keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, bölgədə ekoloji tarazlığın qorunmasına, tozlanmaya qarşı su sərfiyyatının kəskin azaldılmasına xidmət edir.
"AzerGold" QSC-nin bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Cəmiyyət bundan sonra da yerli icmalarla əməkdaşlıq şəraitində sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.
Oxşar xəbərlər
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini icra edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












