Azərbaycanda beş ildə içki və tütün məhsullarına 12 mlrd. manatdan çox xərclənib - Araşdırma
2020-2024-cü illərdə Azərbaycanda istehlakçılar tərəfindən içki və tütün məmulatlarına 12 milyard 206.5 milyon manat xərclənib.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Diaqramdan göründüyü kimi, 2020-ci ildə istehlakçılar içki və tütün məhsullarına 2 milyard 168.5 milyon manat xərclədiyi halda, 2024-cü ildə bu göstərici 2 milyard 726.5 milyon manata yüksəlib.
Ümumi pərakəndə ticarət dövriyyəsinin strukturu
2020-2024-cü illərdə Azərbaycanda ümumi pərakəndə ticarət dövriyyəsi 257 milyard 755.6 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 130 milyard 37.9 milyon manat dəyərində ərzaq malları, 115 milyard 511.2 milyon manat dəyərində isə qeyri-ərzaq malları satılıb.

Diaqramdan göründüyü kimi, 2020-ci ildə ölkədə pərakəndə ticarət şəbəkələrində ərzaq məhsullarına 19 milyard 516 milyon manat, qeyri-ərzaq məhsullarına isə 18 milyard 481 milyon manat xərclənib. 2024-cü ilə gəldikdə isə, bu göstəricilər müvafiq olaraq 31 milyard 408 milyon manat və 28 milyard 68 milyon manat səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, 2020-2024-cü illərdə ölkədə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.5 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 44.8 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Oxşar xəbərlər
Azərbaycanda ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən ay geyimə 630 mln. manatdan çox vəsait xərclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-ci ilin ilk ayında Azərbaycanda içki və siqaretə 230 mln. manat xərclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












