Ticarət və xidmət sahələrində qiymət intizamının pozulması ilə bağlı şikayətlər açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində qiymət intizamının pozulması halları ilə bağlı 2024-cü il ərzində 55, 2025-ci ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciəti daxil olub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu qurumun nümayəndəsi Yusif Tapdıqlı “İstehlakçı hüquqları ilə bağlı media təlim”də deyib.
O qeyd edib ki, ötən il məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi ilə bağlı 2, istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması ilə bağlı 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib:
“Baxılmış müraciətlər üzə 22 halda istehlakçıların tələbləri təmin edilib.
İctimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunması məqsədilə qanunvericiliyin tələbləri göstərilən bildiriş və menyu nümunəsi hazırlanıb və 6422 (2025-ci ildə 79) ictimai iaşə obyektinə paylanılıb.
Həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində maarifləndirici tədbirlərin görülməsinə dəstək məqsədilə Dövlət Vegi Xidməti tərəfindən ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər yerləşdirilib”.
“Ticarət sahəsində qiymət intizamının təmin edilməsi və istehlakçı hüquqlarının qorunması məqsədilə meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qanunvericiliyin tələbləri əks olunan bildiriş və qiymət kağızlarının nümunəsi hazırlanıb və 4471 (2025-ci ildə 2903) obyektə paylanılıb”, - deyə Y.Tapdıqlı əlavə edib.
Oxşar xəbərlər
Dövlət Xidməti: Bu il istehlakçıların aldadılması ilə bağlı 4 protokol tərtib edilib
"Baku Elektronics"in məhsulu keyfiyyətsiz çıxdı, CƏZALANDIRILDI
"Kartdan karta" işləyən 400-dən çox sahibkara maliyyə sanksiyası tətbiq edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
I yarımildə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













