sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11%-ə yaxın artıb
2025-ci ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.
Bu barədə “Sizinxeber.az-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 204,7 milyon manata yaxın və ya 10,7 faiz artıb.
Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Oxşar xəbərlər
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12%-ə yaxın artıb
Dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14%-dən çox artıb
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 900 mln. manata yaxın artıb
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













