Azərbaycana Monqolustandan qoyun əti idxalı kəskin artıb
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Monqolustandan 1 milyon 564 min ABŞ dolları dəyərində 391 ton qoyun əti idxal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əasında apardığı hesablamalara görə, Monqolustandan ət idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5 dəfə artıb. Belə ki əvvəlki ilin müvafiq dövründə ölkəyə 20 ton qoyun əti idxal edilmişdi.
Hesabat dövründə Azərbaycana Monqolustandan gətirilən qoyun ətinin orta idxal qiyməti 6.8 manat təşkil edib.
Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Monqolustandan Azərbaycana ümumi ixracın həcmi 1 milyon 604 min ABŞ dolları, Azərbaycandan Monqolustana ixracın həcmi isə 136.3 min ABŞ dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Monqolustana əsasən şokolad və ondan hazırlanan məmulatlar, unlu qənnadı məhsullar, alma və reaktiv mühərriklər üçün kerosin yanacağı ixrac edilib.
Oxşar xəbərlər
Monqolustandan Azərbaycana qoyun əti idxalı kəskin artıb
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib
Azərbaycana idxal edilən düyü 14% bahalaşıb
Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib
Bu il Azərbaycana palma yağı idxalı kəskin artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













