“Orta Dəhliz”də vahid tranzit yük sənədi və asanlaşdırılmış gömrük prosedurları reallaşdırılacaq - Yol Xəritəsi təsdiqlənib
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, yol xəritəsinə görə, “Orta Dəhliz” vasitəsilə daşınan yüklərə münasibətdə vahid tranzit yük sənədinin və asanlaşdırılmış gömrük prosedurlarının tətbiqi ilə bağlı dəhliz üzərində yerləşən dövlətlərin aidiyyəti qurumları ilə müzakirələrin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.
Eyni zamanda, il ərzində beynəlxalq ticarət prosedurlarının və qaydalarının ardıcıllıqla və geniş izah edildiyi müvafiq dövlət internet səhifəsinin və ya informasiya portalının yaradılması, sərbəst/preferensial ticarət sazişlərinin imzalanması istiqamətində araşdırmaların aparılması və nəticələri barədə məlumatların Komissiyaya təqdim edilməsi planlaşdırılır.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət işçi qrupu”na rəhbərliyi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev həyata keçirir.
Oxşar xəbərlər
“Biznesin müflisləşməsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
“Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanmasının son tarixi açıqlanıb
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Yol Xəritəsi təsdiq edilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












