AMB ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.
Bu barədə "Sizinxeber.az"a qurumdan bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 42,1 % çoxdur.
Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox) olan 62 emissiya prospekti (82,35 % çox) və 3 informasiya memorandumu (25 % az) təsdiq edilib.
Qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması və özəl sektorun maliyyələşmə imkanlarının artırılması məqsədilə 1 iyul - 31 dekabr 2024-cü il tarixləri arasında ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər listinq haqqından azad edilib. Eyni zamanda il ərzində də kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad olunması güzəşti davam etdirilib, investorların xərclərinin optimallaşdırılması istiqamətində işlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb
Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 47 % artıb
"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
"Bakı Fond Birjası"nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
ARDNF gələn il neft-qaz layihələrinin həyata keçirilməsindən dividend alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













