ABB-nin Daşkəsən filialı yenilənib!
ABB filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Daşkəsən filialını da yeniləyib. Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Filial Daşkəsən şəhəri, Heydər Əliyev küçəsi 38 ünvanında müştərilərin xidmətindədir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Daşkəsən filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
ABB Şabran filialını da yenilədi
ABB Sumqayıtda 3-cü filialını açdı
ABB Bakıxanov qəsəbəsində yeni filial açıb
Kapital Bank Cəbrayılda filial açıb - FOTO
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













