

BOKT-lar tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib
2025-ci il aprel ayının 1-nə Azərbaycanda bank olmayan kredit tәşkilatları (BOKT) tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.
Bu barədə “Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankı istinadən xəbər verir.
Qeyd edək ki, bu faiz dərəcəsi gündәlik (qısamüddәtli), yaşayış sahәsinin alınması vә tikintisinә verilmiş kreditlәrə aid edilmir.
Xatırladaq ki, AMB tərəfindən açıqlanan “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində göstərilib ki, BOKT-ların maliyyələşmə xərcləri banklara nəzərən daha yüksəkdir:
“2024-cü ilin sonuna BOKT-lərin öhdəliklərinin 155 mln. manatı bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 48%- ni təşkil edib. Bank kreditlərinin həcmi 2024-cü ilin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% (18.4 mln manat) artıb.
Bank kreditləri bütünlüklə rezident banklardan cəlb edilib. Habelə, banklar tərəfindən ayrılmış kreditlərin 8.1 mln. manatı xarici valyutada olub.BOKT-ların milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir”- sənəddə qeyd edilib.
Oxşar xəbərlər
BOKT-lar tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi açıqlanıb
AMB: BOKT-ların maliyyələşmə xərcləri banklara nəzərən daha yüksəkdir
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
Azərbaycanda avtomobil kreditləri bahalaşıb
Azərbaycanda BOKT-ların kredit portfelinin tərkibi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib
-
Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
-
Fərid Qayıbov: "Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir"
-
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb
-
Sudanın yeni baş naziri hökuməti buraxıb
-
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
