AccessBank-ın yeni konseptli filialı artıq Cəlilabadda
Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan AccessBank müştəri məmnuniyyəti səviyyəsinin yüksək səviyyədə qorunub saxlanılması və regionlarda iştirakını genişləndirmək məqsədi ilə bu dəfə Cəlilabadda yeni konseptli filialını müştərilərin ixtiyarına verib.
Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən filial və müasir dizayn, funksionallıq və texnoloji yenilikləri özündə birləşdirən konsept əsasında fəaliyyət göstərir. Bu yenilənmə, bankın xidmət keyfiyyətini yüksəltmək və bölgə əhalisinin bank xidmətlərinə daha rahat və operativ şəkildə çıxışını təmin etmək məqsədi daşıyır.
Filialda müştərilərə mikro və aqro kreditlər də daxil olmaqla müxtəlif növ kredit məhsulları, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.
"2025-ci ildə regionlarda müştərilərimizə daha keyfiyyətli və rahat xidmət təqdim etmək məqsədilə ilk addımlarımızdan biri məhz Cəlilabad filialının yenilənməsi oldu. Filial şəbəkəsinin genişləndirilməsi təşəbbüsü, Accessbank-ın inkişaf strategiyasının önəmli hissəsidir. Hazırda 35 filialla fəaliyyət göstərən AccessBank, yaxın gələcəkdə şəbəkəsini daha da genişləndirməyi planlaşdırır ki, bu da Azərbaycanın bütün regionlarında əhalinin bank və maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsinə yönəlmiş bir siyasətdir", - deyə AccessBank-ın İdarə heyətinin Sədri Davit Tsiklauri bildirib.
Oxşar xəbərlər
AccessBank yenilənmiş konseptli Xaçmaz filialını istifadəyə verib
ABB Sumqayıtda 3-cü filialını açdı
ABB Şabran filialını da yenilədi
Kapital Bank Cəbrayılda filial açıb - FOTO
Kapital Bank-ın baş ofisi yeni ünvana köçüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












