Mehdi Babayev: “IOTA-ya rəhbərliyin Azərbaycana verilməsi ölkəmizə olan etimadın göstəricisidir”
- 22-06-2024, 18:11
- İqtisadiyyat / Maliyyə
- 0
- 1 960
İndiki qloballaşan dövrdə Azərbaycanın Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) kimi mötəbər təşkilata rəhbərlik etməsi bütövlükdə Azərbaycanın, Dövlət Vergi Xidmətinin (DVX) artan nüfuzu deməkdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev deyib.
Onun sözlərinə görə, bu DVX-yə, məsuliyyəti maksimum nəzərə ala bilməyimizə, öhdəliklərimizi layiqincə yerinə yetirə biləcəyimizə olan etimaddır.
M. Babayev bildirib ki, Azərbaycan nümayəndəsinin, yəni DVX-nin rəisi Orxan Nəzərlinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti vəzifəsinə seçilməsi bütövlükdə bu təşkilata prezidentliyin Dövlət Vergi Xidmətinə həvalə edilməsidir: “DVX Təşkilatın İcraiyyə Şurasına sədrlik edəcəkdir, yəni İcraiyyə Şurasının cari fəaliyyətinə rəhbərliyi həyata keçirəcəkdir. Məsələ ondadır ki, bu vəzifələri indiki qloballaşan dövrdə yerinə yetirmək lazım gələcək. Bu o deməkdir ki, dəyişən, elektronlaşan, rəqəmsallaşan bir dövrdə həm ölkəmizdə, həm də dünyada iqtisadiyyatın sürətlə baş verən dəyişkənliyini təmin etmək lazım gələcəkdir, bu dəyişiklikdə baş verən vergi risklərinin azaldılmasını, vergi iştirakçılarının və vergi münasibətlərin təhlükəsizliyini, yeni çağırışlara cavab verən vergi inzibatçılığına transformasiyanı təmin etmək lazımdır. Belə vəziyyətlər isə Administrasiyalar arasında mütləq əməkdaşlığın aparılmasını ciddi şəkildə tələb edir”.
M.Babayev təşkilatın İcraiyyə Şürasına sədrliyin bir çox vəzifələri ortalığa qoyduğunu diqqətə çatdırıb: “DVX Şuraya sədrlik edəcəkdir, İcraiyyə Şurasının iclaslarını keçirəcəkdir, təşkilatın yeni daxili qaydalarının qəbul olunmasını təmin edəcək, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində Təşkilatı təmsil edəcəkdir, Təşkilatın tədbirlərində həm ekspert, həm də iştirakçı qismində fəal iştirak edəcəkdir, 2025-ci ildə keçiriləcək 29-cu Baş Assambleyaya ev sahibliyi edəcəkdir.
Təşkilata üzv və rəhbərlik etməklə ən yaxşı təcrübələri öyrənmək, həmçinin əldə etdiyi nailiyyətləri paylaşmaq, təcrübə mübadiləsi etmək, seminarlar, forumlar və təlimlərdən yararlanmaq, vergi orqanları ilə iki tərəfli əməkdaşlıqları aparmaq, texniki və siyasi analizlərdən istifadə edərək vergi tendensiyalarını müəyyən etmək, bir sözlə vergi sahəsində daha böyük bilik və bacarıqlara yiyələnmək üçün Layihələrdən yararlanmaq imkanı əldə ediləcəkdir ki, bu da DVX-nin əməkdaşlarının daha mütəqəqqi üsullarla öz xidmətlərini həyata keçirmək imkanları olacaqdır”.
Xatırladaq ki, Azərbaycan 2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidenti olacaq. Macarıstanın paytaxtı Budapeşt şəhərində IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. DVX-nın rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycanın Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli seçilib. Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.




width="220" alt="Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır" />
width="220" alt="Vergi ödəyicilərinə - Xəbərdarlıq" />
width="220" alt="Bu şəxslərin maaşı artırılacaq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />