Azərbaycanda investisiya şirkətlərinin vəzifəli şəxsləri cərimə edilib
"Unicapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi və "Troni İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən "Unicapital İnvestisiya Şirkəti" ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Troni İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.
Oxşar xəbərlər
Azərbaycanda iki bankın vəzifəli şəxsi cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank "Prior Leasing" şirkətini 50 min manat cərimə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxslərini cərimə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank və onun vəzifəli şəxsi cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB Azpul MMC-ni və onun vəzifəli şəxsini cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













