Azərbaycanın orta gəlir tələsindən çıxmasının yolları açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın orta gəlir tələsindən çıxmasının yolları açıqlanıb


Azərbaycan 3 yolla orta gəlir tələsindən çıxa bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

"Birinci yol iqtisadiyyata, o cümlədən özəl və qeyri-neft-qaz sektoruna investisiyaların artırılmasıdır. Bu istiqamətdə iri yerli korporasiyalara fokuslanmağa çalışırıq. Biz başa düşürük ki, iqtisadiyyatımızı şaxələndirmək, qeyri-neft-qaz sənayesində artıma nail olmaq üçün investisiyaların strukturunda dəyişikliklər etməli, özəl sektorun payını artırmalıyıq. İkinci yol investisiyalar üçün ekosistemin yaxşılaşdırılmasıdır. Regional səviyyədə birbaşa xarici investisiyalar üzrə rəqabət aparılır. Bizə qonşu ölkələr investisiyaların təşviqi və stimullaşdırılması ilə bağlı işlər aparır. 5-10 il əvvəllə müqayisədə daha aqressiv rəqabət var. Bunu nəzərə alaraq, biz də tədbirlər görürük. Üçüncü yol isə bilik və bacarıqların inkişafıdır. Bu, yerli təhsil sistemi, miqrasiya siyasəti vasitəsilə bacarıqların inkişafını əks etdirir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Nazir müavini: Əsas kapitala yatırımların iqtisadiyyatda payı artırılmalıdır
Səməd Bəşirli: "Texnoloji inkişaf insan kapitalının səviyyəsi və bacarıqları ilə paralel olmalıdır"
Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb
Azərbaycanın qeyri-neft-qaz sektoruna son 5 ildə birbaşa xarici investisiya qoyuluşunun məbləği açıqlanıb
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər