“Azərpoçt” ötən ili mənfəətlə başa vurub
sizinxeber.az xəbər saytı

“Azərpoçt” ötən ili mənfəətlə başa vurub


“Azərpoçt” 2024-cü ili 73,5 mln. manat gəlir ilə başa vurub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "Azərpoçt"un 2024-cü ilin yekunlarına dair brifinqində qurumun sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.

O bildirib ki, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur:

"2024-cü ildə EBİTDA göstəricisi 9.9 milyon, manat xalis mənəət göstəricisi isə 4.5 mln. manat olub. “Azərpoçt”da 2021-ci ildən başladılan köklü dəyişikliklər və transformasiya prosesləri qurumun zərərdən xalis mənfəətə çıxmasına və maliyyə göstəricilərinin yaxşılaşdırılmasına səbəb olub. Qurum 2020-ci ili 7.7 mln. manat zərər ilə başa vurmasına baxmayaraq 2024-cü ildə 4.5 milyon manat xalis mənfəət əldə edib. 2020-ci ilə nisbətdə “Azərpoçt”un xalis mənfəəti 158 % artıb. Artıq son 3 ildir ki, Cəmiyyət ili xalis mənfəət ilə yekunlaşdırır".

Oxşar xəbərlər

"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib
Azərbaycanda bankların xalis mənfəəti III rübdə 854 mln. manata çatıb
"Azərpoçt": Gəlirlərimizin 65%-i maliyyə xidmətlərinin payına düşüb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle