"Azərpoçt": Gəlirlərimizin 65%-i maliyyə xidmətlərinin payına düşüb
Ötən il "Azərpoçt"un gəlirlərinin 65%-i maliyyə xidmətlərinin, 28%-i poçt xidmətlərinin, digər hissəsi isə logistika və digər xidmətlərin payına düşüb.
"APA-Economics" xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə danışarkən deyib.
"Xərclərimizin 60%-i isə əmək haqqı xərclərinin payına düşür. Ötən ili xalis mənfəətlə başa vurmuşuq. Bu ili də xalis mənfəətlə yekunlaşdırmaq hədəflərimizdən biridir. Ümumilikdə son üç ildə "Azərpoçt"un maliyə dayanıqlılığının qorunması və fəaliyyətinin xalis mənfəətlə davam etdirilməsi əsas hədədlərimizdəndir", - deyə İ.Mustafayev əlavə edib.
Oxşar xəbərlər
“Azərpoçt” ötən ili mənfəətlə başa vurub
"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib
Azərbaycanda bankların xalis mənfəəti III rübdə 854 mln. manata çatıb
Ötən il Azərbaycan bank sektorunun xalis mənfəəti 1%-ə yaxın azalıb
"Statista": Bu il Azərbaycanın bank sektorunun xalis faiz gəlirləri 2,89 mlrd. dollara çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













