

"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
"Expressbank” ASC 2024-cü il üzrə 11,24 milyon manat xalis mənfəət əldə edib.
"Sizinxeber.az-Economics" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 6% və ya 778 min manat azdır. Bank 2023-cü ildə 12,02 milyon manat mənfəətlə bitirmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 18,7% artaraq 68,48 milyon manat, faiz xərcləri isə 27,5% artaraq 19,79 milyon manat təşkil edib.
Bank depozitlər üzrə ötən il daha çox faiz ödəyib. Nəticədə faiz xərcləri 9,16 milyon manatdan 11,89 milyon manata yüksəlib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri isə 8,8% artaraq 20,63 milyon manata, qeyri-faiz xərcləri isə 15,9% artaraq 48,85 milyon manat təşkil edib.
Beləliklə, bank ötən il 20,47 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,4% və ya 1,93 milyon manat çoxdur.
Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 2,4 dəfəyə yaxın artıraraq 6,36 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,67 milyon manat olub.
Bu il yanvarın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 10,7% artaraq 620,16 milyon manata, cəmi öhdəlikləri 11,8% artaraq 481,45 milyon manata, cəmi kapitalı isə 7% artaraq 138,7 milyon manata yüksəlib.
Bankın kredit portfeli 90 milyon manat civarında artaraq 493,4 milyon manata çatıb. Depozit portfeli isə 230,4 milyon manatdan 262,1 milyon manata yüksəlib. Bu isə daha çox fiziki şəxslərə aid əmanətlərin artması hesabına baş verib. Şirkətlər isə ötən bir ildə bankdan 18,5 milyon manat əmanətini geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozit portfeli 78,3 milyon manatdan 59,77 milyon manata enib.
Oxşar xəbərlər
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 2 mln. manata yaxın azalıb - Hesabat
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - HESABAT
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
