Fərid Hüseynov: Kapital Bank azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb
sizinxeber.az xəbər saytı

Fərid Hüseynov: Kapital Bank azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb


Kapital Bank indiyə kimi işğaldan azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin sədri Fərid Hüseynov deyib.

O bildirib ki, Kapital Bank üçün dövlət və sosial əhəmiyyətli layihələrdə iştirak olduqca vacibdir. “Bu haqda danışanda ilk olaraq Böyük Qayıdış layihəsini qeyd etməliyəm. İşğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşdirilməsində biz də əlimizdən gələn dəstəyi göstərməkdə davam edirik. Layihə çərçivəsində Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonlarında bir sıra kəndlərin yenidən qurulması, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, infrastrukturun qurulması işləri aparılır. Bu işlərə ümumilikdə 200 mln. AZN məbləğində öhdəlik ayrılıb” - Fərid Hüseynov əlavə edib.

Oxşar xəbərlər

Bank sədri: 2025-ci ildən "Kapital Bank"ı "Birbank" brendinə transformasiya edəcəyik
Gələn il azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılacaq vəsait açıqlanıb
"Kapital Bank"ın baş ofisi “Port Baku”ya köçüb
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər