Sahil Babayev: “Azərbaycanda əmək müqavilələrinin sayı 50 % artıb”
Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50 % və ya 609 min artıb.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayaq" mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 609 min əmək müqavilələrinin 80 %-dən çoxu - 500 mini məhz özəl sektorun payına düşür: “Bu dövr ərzində özəl sektor əmək bazarında 2 dəfə artıb, əməkhaqqı fondu 3 dəfə artıb".
O vurğulayıb ki, bu gün Azərbaycan bütün istiqamətlərdə və sektorlarda fəal inkişaf edir: “Ölkə iqtisadiyyatı artırılır, əhalinin rifah halı yüksəlir, müdafiə qabiliyyəti gücləndirilir və ən əsası, işğaldan azad edilmiş ərazilər sıfırdan bərpa olunur: “Burada ən yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılır. Bu gün Azərbaycanı səciyyələndirən genişmiqyaslı proqramlar həyata keçirilir".
Oxşar xəbərlər
Naxçıvanda özəl sektordakı əmək müqavilələrinin sayı bu il 73 % artıb
Sahil Babayev: "Son 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə artıb"
Əmək müqavilələrinin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
